Son 24 saat ərzində İranda koronavirusa 7 min 585 nəfər yoluxub, 61 nəfər isə ölüb.
YeniAvropa xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bununla da İranda yoluxanların ümumi sayı 1 milyon 488 min 981 nəfərə, yoluxaraq ölənlərin sayı isə 58 min 686-ə çatıb.
Xüsusi xəstəxanalarda müalicə alan 3 min 743 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 272 min 287 xəstə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Rusiyadan alınan “Sputnik-V” peyvəndi ilə əhalinin vaksinasiyası davam edir.