Egey dənizində Türkiyənin İzmir vilayətinin Urla rayonuna yaxın bölgədə 4,4 bal gücündə zəlzələ olub.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Türkiyə vaxtı ilə 10:30-da qeydə alınıb, İzmir və ətraf bölgələrdə də hiss olunub. Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.
Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.