Fevralın 9-da prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək mərasimdə Türkiyənin Milli Kosmik Proqram Strategiyası və Yol Xəritəsi açıqlanacaq.
YeniAvropa “Anadolu” agentliyinə istinadən bildirir ki, Ankarada düzənlənəcək mərasim yerli vaxtla saat 19:00-a planlaşdırılıb.
Tədbirdə ölkənin kosmik sahədə məqsədlərinin, həmçinin Türkiyə Sənaye və Texnologiyalar Nazirliyinin himayəsi altında reallaşdırılacaq layihələrin açıqlanacağı nəzərdə tutulur.
Xatırladaq ki, prezident Rəcəb Tayyib Ərdoğanın 23 dekabr 2018-ci il tarixli fərmanı ilə yaradılan Türkiyə Kosmik Agentliyi(TUA) bu gün ilk dəfə təşkilat haqqında çox mühüm məlumatları ictimaiyyətə açıqlayacaq.
TUA-nın veb saytının və sosial media hesablarının da aktiv olacağı bildirilir.
Bu gün həmçinin agentliyin "Twitter" hesabında # İstikbalGöklerdır etiketi ilə video da yerləşdiriləcək.