logo

Bakıda çoxmərtəbəli binada yanğın

10:50 05-02-2021 | icon 2709
Bakıda çoxmərtəbəli binada yanğın

Paytaxtın  Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 51 kv.m olan mənzildə 1 ədəd divan və yataq dəsti yanıb, yüksək temperaturdan otağın divarları 12 kv.m sahədə qarsalanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda bildidilib. Qeyd edilib ki, yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.