logo

Bakıda “Toyota” “KamAZ”la toqquşdu-1 nəfər öldü

10:55 04-02-2021 | icon 2737
Bakıda “Toyota” “KamAZ”la toqquşdu-1 nəfər öldü

Bakı şəhərinin Xəzər rayonunda "Toyota” markalı minik maşını və "KamAZ” markalı yük avtomobili toqquşub.

 YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan şəxsiyyəti məlum olmayan bir nəfərin meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.