logo

İstanbulda dünyanın ən böyük aviakosmik festivalı keçirilir

15:08 03-02-2021 | icon 2177
İstanbulda dünyanın ən böyük aviakosmik festivalı keçirilir

Fevralın 3-də İstanbulda dünyanın ən böyük aviasiya, kosmik və texnoloji festivalı olan “TEKNOFEST”in rəsmi açılış mərasimi keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,Atatürk hava limanında təşkil edilən festivalda müxtəlif ən qabaqcıl hərbi, eləcə də qurum və şirkətlər təmsil olunur. Tədbirdə iştirak üçün Türkiyənin 81 vilayətindən, dünyanın isə 84 ölkəsindən müraciətlər daxil olub. Bu müraciətlərin qəbulu fevral ayının sonunadək davam edəcək.

Müxtəlif texnoloji mövzularda keçiriləcək yarışmaların finallarında nailiyyət qazananlara pul mükafatlarının verilməsi nəzərdə tutulur. Bu yarışlarda dünyanın bir çox ölkəsindən olan vətəndaşlar da iştirak edəcəklər. Tədbir çərçivəsində, həmçinin universitetlər və liseylər arası yarışlar da keçiriləcək. Hazırda festivalda 35 fərqli layihə üzrə komanda yarışlarının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ötən il festivalda iştirakçı komandaların sayı 23 olub.

Açılış mərasimində Türkiyənin müxtəlif bölgələrinə onlayn bağlantılar həyata keçirilib.

Tədbirdə Türkiyənin müdafiə sənayesi naziri İsmail Demir, qardaş ölkənin “Baykar Makina” şirkətinin texniki direktoru və “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, “TEKNOFEST”in idarə heyətinin sədri Səlçuk Bayraktar, İstanbul valisi Ali Yerlikaya, nazir müavinləri və digərləri iştirak ediblər.

Keçən il yüz mindən çox insanın qatıldığı tədbirdə bu il ziyarətçi sayının daha da artacağı gözlənilir.

Festivalın yekun hissəsi sentyabrın 21-26-da keçiriləcək.