logo

Qazaxıstan-Özbəkistan sərhədində Beynəlxalq Ticarət Mərkəzi yaradılır

18:48 02-02-2021 | icon 2464
Qazaxıstan-Özbəkistan sərhədində Beynəlxalq Ticarət Mərkəzi yaradılır

Qazaxıstan-Özbəkistan sərhədində qurulması planlaşdırılan “Mərkəzi Asiya” Beynəlxalq Ticarət Mərkəzi ilə bağlı işlərə başlanılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Qazaxıstanın ticarət və inteqrasiya naziri Bahıt Sultanov məlumat verib.

Onun sözlərinə görə, Özbəkistanla sərhəd bölgəsində qurulması planlaşdırılan ticarət mərkəzi ilə əlaqədar işlər davam edir və mərkəzin inşa ediləcəyi ərazi qarşı tərəflə razılaşdırılıb.

Nazir mərkəzin iki ölkə arasındakı ticarət dəyərinin 10 milyard dollar artmasına zəmin yaradacağını sözlərinə əlavə edib.

Bundan başqa, Qazaxıstandan Özbəkistana sürətli qatar xəttinin çəkilməsi planlaşdırılır.