Ermənistanın keçmiş prezidenti Robert Köçəryan 3-8 fevral tarixlərində Moskvaya səfərə gedəcək.
YeniAvropa xəbər verir ki, bu barədə "yerevan.today" məlumat yayıb.
Bildirilib ki, hakim Anna Danibekyanın sədrliyi ilə keçirilən Yerevan məhkəməsinin bu gün iclasında R.Köçəryanın ölkədən çıxmasına icazə verib.
Beləliklə də, Robert Koçaryanın ölkədən çıxışına qoyulan məhdudiyyətlər müvəqqəti olaraq ləğv edilib.
Qeyd edilir ki, R.Köçəryanın Moskva səfərində məqsəd 2009-cu ildən bəri direktoru olduğu "AFK Sistem"in İdarə Heyətinin iclasında iştirak etməkdir.
Xatırladaq ki, Köçəryan ötən ilin dekabrında da Moskvada olub.