Egey dənizində Türkiyənin İzmir vilayətinin Karaburun rayonuna yaxın bölgədə 4,7 və 4,8 bal gücündə iki zəlzələ olub.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Türkiyə vaxtı ilə 08:47 və 09:00-da-da qeydə alınıb.
Yeraltı təkanlar İzmir və ətraf bölgələrdə də hiss olunub.
Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.
Xatırladaq ki, bu gün yerli vaxtla saat 08:46-da İzmir vilayətinin Karaburun rayonunda da 5,1 bal gücündə zəlzələ baş verib.
Zəlzələ İzmir və ətraf bölgələrdə də hiss olunub.
Xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.