Tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Tatarıstanın paytaxtı Kazan şəhərində Aleksey Navalnı tərəfdarlarının icazəsiz aksiyası zamanı müvəqqəti saxlanılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiyanın "NTV" kanalı məlumat yayıb.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən sənədləri yoxlandıqdan sonra Maksim Şevçenko sərbəst buraxılıb.
Qeyd edək ki, bu gün Rusiyanın paytaxtı və digər iri şəhərlərində etiraz aksiyaları keçirilib.