logo

Misir tezliklə 10 ən böyük qaz ixracatçısı ölkələrinin sırasına qoşulacaq

17:27 30-01-2021 | icon 2345
Misir tezliklə 10 ən böyük qaz ixracatçısı ölkələrinin sırasına qoşulacaq

Yaxın aylarda Misir dünyanın 10 ən böyük təbii qaz ixracatçısı olan ölkələrin sırasına daxil olacaq.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bunu Misirin neft naziri Tariq əl-Molla jurnalistlərə müsahibəsində bildirib.

Misirli nazir qeyd edib ki, 2021-ci ildə mayeləşdirilmiş təbii qaz (LNG) ixracını rekord səviyyəyə çatdırmaq məqsədilə müvafiq müəssisələrdə işlər yekunlaşmaq üzrədir. Bundan başqa, fevralın sonunda 8 illik fasilədən sonra Damietta qaz emalı zavodu da tam gücü ilə işləyəcək. Bu müəssisədə ildə 4,5 milyon ton LNG istehsal ediləcək, ölkənin ümumi hasilatı isə 14,5 milyon tona çatacaq.

Nazir əlavə edib ki, COVID-19 pandemiyası səbəbindən 2020-ci ildə təbii qazın qiymətləri aşağı düşüb, lakin oktyabrdan başlayaraq tələbat artmağa başlayıb. Onun sözlərinə görə, Misir hökuməti ölkənin daxilində ictimai nəqliyyatın da LNG yanacağı ilə işləməsi üçün tədbirlər həyata keçirir.