Çində aktivlərin idarə edilməsi sahəsində fəaliyyət göstərən ən iri şirkətlərdən biri olan “Huarong”un idarə heyətinin keçmiş sədri Lay Siaomin məhkəmənin qərarı ilə yanvarın 29-da edam edilib.
YeniAvropa yerli KİV-lərə istinadla xəbər verir ki, yanvarın əvvəlində Tiencin şəhər məhkəməsi Lay Siaominin 1,79 milyard yuan (təxminən 470 milyon ABŞ dolları) dəyərində rüşvət və korrupsiya əməllərində, habelə ikiarvadlılıqda təqsirli bilərək, onun haqqında edam cəzası vermişdi. Məhkəmə, həmçinin onun şəxsi əmlakının müsadirə edilməsinə də qərar verib.
Bildirilir ki, 2008-2018-ci illərdə Çin Bank Tənzimlənməsi Komissiyası baş ofisinin direktoru, dövlətə məxsus “Huarong” şirkətinin idarə heyətinin sədri, habelə “Huarong Xiangjiang” bankının partiya katibi vəzifələrində çalışmış Lay Siaomin məhkəmə iclasında yuxarıda qeyd olunan cinayət əməllərini etiraf edib.