logo

Tərtərdə traktorçu minaya düşdü

15:55 28-01-2021 | icon 2947
Tərtərdə traktorçu minaya düşdü

Tərtər rayon Seyidimli kənd sakini, 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu şum işləri apararkən minaya düşüb.

 YeniAvropa xəbər verir ki, Elgün Ələkbərov Tərtər Pambıq Zavodunda traktorçu işləyir. Hadisə o, günorta saatlarında zavoda məxsus sahədə şum işləri apararkən baş verib. Hadisə nəticəsində traktor yararsız vəziyyətə düşüb, E.Ələkbərov isə əl və üz nahiyələrindən qəlpə yaraları ilə xəstəxanaya yerləşdirilib.

Bərdə rayon Mərkəzi Xəstəxanasından bildiriblər ki, Elgün Ələkbərov artıq əməliyyat olunub: “Hazırda reanimasiyaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir".