logo

Qazaxıstanda latın qrafikalı yeni əlifba hazırlanıb

15:30 28-01-2021 | icon 2345
Qazaxıstanda latın qrafikalı yeni əlifba hazırlanıb

Qazaxıstanda latın əlifbasının yeni variantı hökümətə təqdim edilib.

Təkmilləşdirilmiş əlifba latın əlifbasının əsas sisteminin 31 simvolundan ibarətdir ki, bu da qazax dilinin 28 səsini əhatə edir.

 YeniAvropa xəbər verir ki, təqdim olunan əlifba qazax dilinin yazılı təcrübəsində təsbit edilmiş “bir səs - bir hərf” prinsipinə uyğundur.

Yeni əlifbaya mərhələli keçid 2023-cü ildən 2031-ci ilə qədər planlaşdırılır. Latın qrafikası əsasında qazax dilinin təkmilləşdirilmiş əlifbası məsələləri ilə bağlı Milli Komissiyaya əhali arasında geniş maarifləndirmə işi aparmaq tapşırılıb.

0-2-1

Xatırladaq ki, 2017-ci ilin oktyabrında Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev “Qazax dilinin əlifbasının kiril əlifbasından latın qrafikasına keçirilməsi haqqında” Fərman imzalayıb. O, hökumətə qazax dili əlifbasının latın qrafikasına keçirilməsi üzrə Milli Komissiya yaratmağı, qazax dili əlifbasının 2025-ci ilə qədər latın qrafikasına mərhələli şəkildə köçürülməsini təmin etməyi, o cümlədən təşkilati və qanunvericilik xarakterli digər tədbirlərin görülməsini tapşırıb.

Ötən il noyabrın 9-da isə Qazaxıstan prezidenti Kassım-Jomart Tokayev latın əlifbasının tətbiqi ilə bağlı işlərin tədricən aparılmalı olduğunu bildirmişdi.