logo

İranda koronavirusdan ölənlərin sayı 58 minə çatır

14:58 28-01-2021 | icon 2240
İranda koronavirusdan ölənlərin sayı 58 minə çatır

Son sutka ərzində İranda 6 min 527 nəfər koronavirusa yoluxub, 85 nəfər isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında deyib. O bildirib ki, bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 1 milyon 398 min 841 nəfərə, yoluxaraq ölənlərin sayı isə 57 min 736-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 4 min 18 nəfərin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda 1 milyon 189 min 975 nəfər sağalaraq evə buraxılıb.

Mətbuat katibi onu da nəzərə çatdırıb ki, gələn həftədən başlayaraq əhali peyvənd olunacaq.