Moldova prezidenti Maya Sandu ölkənin baş naziri vəzifəsinə namizədini ictimaiyyətə açıqlayıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Maya Sandu ötən gün keçirilən brifinqdə Moldovanın baş naziri vəzifəsinə Natalya Qavrilitsanın namizədliyini irəli sürdüyünü bəyan edib.
“İrəli sürdüyüm namizədə tam etibarım var”, - deyə prezident sözlərinə əlavə edib.
Qeyd edək ki, Natalya Qavrilitsa Moldova prezidentinin seçildiyi “Hərəkət və həmrəylik” partiyasının sədr müavinidir, əvvəllər nazir vəzifəsində çalışıb.