logo

10 manatlıq şirkət "Aztelekom” un milyonluq tenderinin qalibidir

19:20 26-01-2021 | icon 2163
10 manatlıq şirkət "Aztelekom” un milyonluq tenderinin qalibidir

"Aztelekom” MMC elektrik qida qurğularının satınalınması üzrə keçirilən müsabiqəyə yekun vurub.

YeniAvropa xəbər verir ki,  "Aztelekom” 80 dəst AC-380V / DC 48V-nin alınması üçün 635 min 312 manat xərcləyəcək.

Qalib şirkət isə son 2 ildə 8 satınalmanı qazanan "SUPPLY-A" MMC olub.

Qeyd edək ki, kommersiya qurumlarının dövlət reyestri məlumatına əsasən sözügedən şirkət 2015-ci ilin mart ayının 18-də yaradılıb, hüquqi ünvanı Şamaxı rayonu Şəhriyar qəs., ev 7/10, m. 1, nizamnamə kapitalı isə 10 manatdır. Qanuni təmsilçisi isə İlqar Novruzovdur.