Son sutka ərzində İranda koronavirusa 6 min 470 nəfər yoluxub, 81 nəfər isə həyatını itirib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib.
O bildirib ki, ümumilikdə İranda yoluxanların sayı 1 milyon 311 min 810 nəfərə, bu xəstəlikdən ölənlərin sayı isə 56 min 538-ə çatıb.
Xüsusi xəstəxanalarda müalicə alan 4 mindən çox xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 102 min xəstə sağalaraq evə buraxılıb.