logo

Putin Ərdoğana üçtərəfli Moskva görüşündən danışıb

16:56 13-01-2021 | icon 308
Putin Ərdoğana üçtərəfli Moskva görüşündən danışıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, telefon söhbəti zamanı Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarını Moskvada keçirilmiş üçtərəfli görüş barədə məlumatlandırıb.

Bildirilib ki, Azərbaycan və Ermənistan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq niyyətlərini ifadə ediblər.

Telefon danışığı zamanı, həmçinin Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması və Qarabağda bütün hərbi fəaliyyətlər ilə bağlı fikir mübadiləsi aparılıb.