logo

İranda daha 98 nəfər koronavirusdan ölüb

16:09 12-01-2021 | icon 1974
İranda daha 98 nəfər koronavirusdan ölüb

Son sutka ərzində İranda koronavirusa 6 min 408 nəfər yoluxub, 98 nəfər isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib.

O bildirib ki, ümumilikdə İranda yoluxanların sayı 1 milyon 299 min 22 nəfərə, bu xəstəlikdən ölənlərin sayı isə 56 min 360-a çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 4 min 507 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 88 min 456 xəstə sağalaraq evə buraxılıb.