Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 80 milyon nəfəri ötüb.
YeniAvropa pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, dekabrın 25-də dünya üzrə koronavirusa 472 min 443 yoluxma halı aşkarlanıb, 8 min 419 nəfər həyatını itirib.
Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 80 milyon 222 mindən çox insan yoluxub, ölənlərin sayı 1 milyon 757 min 985 nəfərə çatıb. Eyni zamanda, 56 milyon 490 min nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 21 milyon 972 min xəstədən 105 min 799 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Dünyada koronavirusa yoluxanların 23 faizə qədəri (19 milyon 210 min nəfər) Birləşmiş Ştatların payına düşür. Hindistanda 10 milyon 169 min, Braziliyada 7 milyon 448 min, Rusiyada 2 milyon 992 min, Fransada isə 2 milyon 547 min yoluxma qeydə alınıb.
Koronavirus səbəbindən ölüm hallarına görə də ABŞ birinci yerdədir – 338 min 263 nəfər. İlk beşliyə daxil olan Braziliyada 190 min 515, Hindistanda 147 min 379, Meksikada 121 min 837, İtaliyada 71 min 359 nəfər həyatını itirib.
Ümumilikdə isə dünyada koronavirusa yoluxanların təxminən yarısı üç ölkənin – ABŞ, Hindistan və Braziliyanın, ölənlərin isə 45 faizi dörd ölkənin - ABŞ, Braziliya, Hindistan və Meksikanın payına düşür
Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.