logo

Türkiyədə daha 256 nəfər  koronavirusdan dünyasını dəyişib 

21:15 25-12-2020 | icon 2394
Türkiyədə daha 256 nəfər  koronavirusdan dünyasını dəyişib 

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan növbəti həftəsonu 56 saatlıq “Evdə qal!” rejimi dekabrın 25-də yerli vaxtla saat 21.00-da başlayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, budəfəki “Evdə qal!” rejimi dekabrın 28-də saat 5.00-a kimi qüvvədə olacaq. Həftənin ilk beş günü tətbiq olunan bu rejim isə saat 21.00-dan 5.00-dəkdir.

Səhiyyə Nazirliyinin məlumatına görə, dekabrın 25-də Türkiyədə 201 min 104 nəfər testdən keçirilib. Onlardan 17 min 543 nəfərdə virus aşkarlanıb, 3 min 199 nəfər müalicəyə cəlb olunub. Gün ərzində bu xəstəlikdən 256 nəfər ölüb.

Qeyd edək ki, Türkiyə Elmi Komitəsinin qənaətinə görə, Çində fəaliyyət göstərən dünyaca məşhur “Sinovac Biotech” dərman şirkətinin istehsal etdiyi “Sinovac” vaksini yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı böyük təsirə malikdir və təhlükəsiz peyvənddir. Bu peyvənddən sifariş edilən 50 milyon dozanın ilk partiyasının dekabrın 28-də Türkiyəyə gətirilməsi gözlənilir. Yaxın günlərdə səhiyyə işçiləri başda olmaqla, kütləvi peyvəndləmə başlanacaq.