logo

Moldovanın baş naziri istefa verib

20:43 23-12-2020 | icon 2163
Moldovanın baş naziri istefa verib

İon Kikunun başçılıq etdiyi Moldova hökuməti istefa verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə dekabrın 23-də Moldovanın baş naziri jurnalistlərə açıqlamasnda deyib. İon Kikunun sözlərinə görə o, bu qərara prezident İqor Dodon və parlamentin spikeri Zinaida Qreçanıy ilə müzakirələrdən sonra gəlib.

İon Kiku qeyd edib ki, məhz buna görə əsas məqsədə - parlamentin buraxılması və növbədənkənar seçkilərin təşkilinə diqqəti çəkmək məqsədilə hökumət dünən müşavirə keçirib.

Xatırladaq ki, İon Kiku 2019-cu il noyabrın 14-də ölkənin baş naziri təyin edilmişdi.