İranda son sutka ərzində 8 min koronavirusa yoluxma halı qeydə alınıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyini mətbuat katibi Sima Səadət Lari verib. O bildirib ki, son sutka ərzində 221 ölüm halı qeydə alınıb. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 1 milyon 100 min 818-ə, ölənlərin sayı isə 51 min 949-a çatıb.
Xüsusi xəstəxanalarda müalicə alan 5 min 739 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 800 mindən çox xəstə sağalaraq evə buraxılıb.