Dekabrın 7-də Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Moskvaya işgüzar səfər edəcək.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
"Ümid edirik ki, Moskvada keçiriləcək danışıqlar ikitərəfli müttəfiqlik əlaqələrinin daha da inkişafına, Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək", - deyə M.Zaxarova vurğulayıb.
XİN sözçüsü daha sonra bildirib ki, Lavrov və Ayvazyan beynəlxalq və regional məsələləri, ikitərəfli əlaqələrin bütün spektrini müzakirə edəcəklər: “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr tarixli bəyanatının icrasına, humanitar yardım göstərilməsinə, nəqliyyat dəhlizlərinin blokdan çıxarılmasına xüsusi diqqət yetiriləcək”.