logo

Qırğızıstanda rus dilinin rəsmi status alır

17:57 27-11-2020 | icon 2779
Qırğızıstanda rus dilinin rəsmi status alır

Qırğızıstanda rus dili rəsmi statusda qalacaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə respublikanın Konstitusiya iclasında məlumat verilib.

“İnsan və Vətəndaş Hüquqları və Azadlıqları” bölməsinin rəhbəri Nurlan Şeripov iclasda çıxış edərək bildirib ki, qırğız dili dövlət, rus dili isə rəsmi dil olaraq qalacaq.

O, ingilis dilinə də status verilməsi barədə təklif olduğunu, lakin bu təşəbbüsün iclasda dəstəklənmədiyini bildirib.

Xatırladaq ki, bundan əvvəl Qırğızıstan Konstitusiya Şurasının üzvü Sadirdin Toraliyev olkədə rus dilinin rəsmi statusundan məhrum edilməsi təklifini irəli sürmüşdü.