logo

Ermənistanda vəzifədən gedən nazirlərin sayı 5 oldu

21:52 23-11-2020 | icon 2240
Ermənistanda vəzifədən gedən nazirlərin sayı 5 oldu
Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan vəzifəsindən azad olunub.
YeniAvropa xəbər verir ki, bu barədə "Sputnik Armenia” məlumat yayıb. Bildirilib ki, bu haqda prezident Armen Sarkisyan fərman imzalayıb. Araik Arutyunyanın yerinə 58 yaşlı Vaqram Dumanyan nazir təyin olunub.
 
Qeyd edək ki, A.Arutyunyan son bir həftə ərzində vəzifəsindən gedən sayca beşinci nazirdir.