Dünyada COVID-19 virusuna yoluxanların sayı 55 milyon nəfəri ötüb.
YeniAvropa pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, noyabrın 16-da dünya üzrə 504 min 758 nəfər koronavirus infeksiyasına yoluxub. Həmçinin ötən sutka ərzində 7 min 306 nəfər COVID-19 xəstəliyi səbəbindən həyatını itirib.
Saytın son məlumatına əsasən, dünya üzrə indiyədək koronavirusa yoluxanların sayı 55 milyon 446 min 791 nəfərə, ölənlərin sayı isə 1 milyon 334 min 297 nəfərə çatıb. Eyni zamanda, 38 milyon 606 min nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 15 milyon 506 mindən çox xəstədən 100 minə yaxınının vəziyyəti ağır qiymətləndirilir.
ABŞ-da COVID-19 infeksiyasına 11 milyon 538 mindən çox insan yoluxub. Hindistanda 8 milyon 874 min, Braziliyada 5 milyon 876 min, Fransada 1 milyon 991 min, Rusiyada 1 milyon 971 min yoluxma qeydə alınıb.
Birləşmiş Ştatlar koronavirusdan ölənlərin sayına görə də dünya lideridir – 252 min 652 nəfər. İlk beşlikdə yer alan Braziliyada 166 min 67, Hindistanda 130 min 559, Meksikada 98 min 861, Böyük Britaniyada isə 52 min 147 nəfər koronovirusun qurbanı olub.
Xatırladaq ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.