logo

Azərbaycanda koronavirus anti-rekord vurdu:988 yoluxma, 11 ölü

16:25 28-10-2020 | icon 1743
Azərbaycanda koronavirus anti-rekord vurdu:988 yoluxma, 11 ölü

Azərbaycanda koronavirus infeksiyasına 988 yeni yoluxma faktı qeydə alınıb, daha 340 nəfər sağalıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatd bildirlib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 52 min 137 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 42 min 33 nəfər müalicə olunaraq sağalıb, 699 nəfər vəfat edib. Aktiv xəstə sayı 9405 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 319 min 474 test aparılıb. Bugünkü test sayı isə 11426-dır.