logo

Putin Ərdoğana zəng edib Qarabağdan danışdı

22:55 27-10-2020 | icon 2198
Putin Ərdoğana zəng edib Qarabağdan danışdı

Oktyabrın 27-də Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu abrədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, tərəflər Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Qeyd edilir ki, Vladimir Putin türkiyəli həmkarını Azərbaycan və Ermənistanın dövlət başçıları ilə əlaqədə olması barədə məlumatlandırıb.

Xatırladaq ki, Dağlıq Qarabağda döyüş əməliyyatları başlayandan bu, iki dövlət başçısının ikinci telefon söhbətidir. Ötən söhbət zamanı prezident Ərdoğan Azərbaycan ərazisinə hücum edən Ermənistanın yeni böhran yaratdığını, 30 ilə yaxın davam edən işğalı qoruyub saxlamağa çalışdığını bildirmişdi. O qeyd etmişdi ki, Türkiyə bu məsələnin istər Minsk qrupunda, istərsə də ikitərəfli münasibətlər çərçivəsində daimi əsasda həll olunmasının tərəfdarıdır.