Ceyhun Bayramov: "Azərbaycan hər zaman konstruktiv tərəf olub"
Rəsmi olaraq ABŞ-ın Dövlət katibi Mayk Pompeonun dəvəti ilə Birləşmiş Ştatlar həmkarlarımla birlikdə səfər etdim. ABŞ-ın Dövlət katibi Mayk Pompeo görüş keçirdim.
Təbii ki, əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi oldu. Hazırda mövcud vəziyyət, problemin həlli yolları ilə bağlı potensial fikir mübadiləsi aparıldı. ABŞ Minsk qrupunda həmsədr ölkələrdən biridir. ABŞ tərəfindən də bu məsələyə olan maraq, vasitəçilik təklifləri və məsələnin həlli istiqamətində addımlar müzakirə edildi. Sonra ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obrayn, ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlər keçirdim.
Hesab edirəm ki, Azərbaycan reallıqlarının, Azərbaycanın haqlı mövqeyinin qarşı tərəfə çatdırılması, onun ətrafında faydalı müzakirələr həyata keçirilməsi baxımından görüşlərimiz faydalı oldu.
YeniAvropa xəbər verir ki, bu sözləri Vaşinqtonda jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov söyləyib. Nazir deyib: “Təbii ki, biz realist olmalıyıq. Otuz illər ərzində yığılmış problemlərin bir görüş zamanı həlli mümkün deyil. Ancaq biz hər zaman göstərmişik ki, Azərbaycan tərəfi konstruktivdir. Azərbaycan tərəfi hər zaman məsələnin siyasi yolla həll olmasının tərəfdarıdır. Azərbaycan tərəfi, zərurət yoxdursa, hərbi əməliyyatların aparılmasını mütləq şərt kimi irəli sürmür. Hesab edirəm ki, bütün bu görüşləri keçirməyə, Azərbaycan həqiqətlərini çatdırmağa həm əsasımız var, həm deməyə sözümüz var. Mövqeyimiz də ədalətlidir. Bu baxımdan bu görüşləri faydalı hesab edirik. Böyük ehtimalla ABŞ prezidentinə də görüşlər barədə məlumat verilib. Biz bir məsələni də nəzərə almalıyıq. Xüsusi olaraq, dövlətlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə fikir bildirən zaman biz onu nəzərə almalıyıq ki, bu dövlətlərin bir çoxunda çox ciddi erməni lobbisi var. Erməni lobbisi bu dövlətlərin daxili siyasi prosesinə ciddi təsir edir. Bu dövlətlərin bir çoxunda seçki prosesi həyata keçirilir. Təbii ki, bu məsələlərə xüsusi diqqət verən siyasətçilər bu kimi amilləri, əfsuslar olsun ki, göz önünə gətirirlər. Onların qeyd etdiyi də məhz onlara xoş gəlmək, səslərini qazanmaqdır”.
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək