logo

İranda daha 177 nəfər koronavirusdan öldü

17:11 22-09-2020 | icon 2394
İranda daha 177 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 177 nəfər koronavirusdan (COVID-19) ölüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə,  bununla da İranda koronavirusdan ölənlərin sayı 24 656 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 3 712 nəfər koronavirusa yoluxub. Beləliklə İranda COVID-19-a yoluxanların sayı 429 193 nəfərə çatıb.