logo

TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

20:57 17-09-2020 | icon 1925
TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 17-nə olan statistik göstəriciləri açıqlayıb.

 
YeniAvropa xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 917 nəfər aktiv koronavirus xəstəsi var.
 
Onlardan 112 nəfər reanimasiyada, 9 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün bu rəqəmlər müvafiq olaraq 115 və 8 idi.
 
Ümumilikdə 38 777 nəfər virusa yoluxub, 36 289 nəfər sağalıb, 571 nəfər vəfat edib.
 
Bu gün 7 601 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 1 035 286 test aparılıb.