logo

İsraildə sabahdan məktəblər bağlanır

20:48 16-09-2020 | icon 2807
İsraildə sabahdan məktəblər bağlanır

İsrail hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə sentyabrın 17-dən məktəblərdə dərslərin dayandırılmasına qərar verib. 

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə baş nazir Binyamin Netanyahunun ofisi məlumat yayıb.

“Telefonla keçirilən səsvermə nəticəsində hökumət səhiyyə nazirinin və koronavirusla mübarizə üzrə milli koordinator, professor Roni Qamzunun sabah məktəblər, uşaq bağçaları da daxil olmaqla təhsil müəssisələrinin bağlanması ilə bağlı tövsiyəsini təsdiq etdi”, - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, son sutka ərzində İsraildə 2 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb. Sentyabrın 13-də hökumət ölkədə sentyabrın 18-dən başlayaraq 3 həftə müddətində sərt karantin rejiminin yenidən bərpa olunması haqda qərar qəbul edib.