Bu günə olan məlumata görə İranda 2 min 981 nəfər koronavirusa yoluxub, 179 nəfər isə vəfat edib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki,bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik keçirilən mətbuat konfransında deyib. Bununla da İranda yoluxanların ümumi sayı 410 min 334 nəfər, ölənlərin sayı isə 23 min 632-yə çatıb.
Müalicəsi davam edən 3 min 827 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 352 min 827 nəfər sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Tehran daxil olmaqla İranın 14 vilayəti hələdə qırmızı zonaya daxildirlər.