logo

Türkiyədə daha 63 nəfər koronavirusun qurbanı olub

21:41 14-09-2020 | icon 2772
Türkiyədə daha 63 nəfər koronavirusun qurbanı olub

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə geniş mübarizədə tədbirlərinə baxmayaraq gündəlik yoluxma sayında və ölüm halında artım baş verib.

YeniAvropa Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, sentyabrın 14-də ölkə üzrə 112 min 563 nəfər koronavirus testindən keçirilib. Onlardan 1716-sı xəstə çıxıb. Sutka ərzində 1225 nəfər sağalıb, 63 xəstə dünyasını dəyişib. İndiyədək infeksiyadan ölənlərin sayı 7 min 119-a çatıb. Gündəlik yoluxma sayı dünənki ilə müqayisədə 189 nəfər çoxdur. Gündəlik ölüm halında da çoxalma davam edir. Bu vaxtadək koronavirusa yoluxanların sayı 292 min 898 nəfərə çatıb. Hazırda 1301 xəstənin vəziyyəti ağırdır.