Eks-prezident Mixail Saakaşvilinin anası Giuli Alasania gələn ay keçiriləcək parlament seçkilərində Zuqdididən majoritar qaydada namizəd olacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat partiyasının millət vəkili Koba Naqopia "TV Pirveli" kanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Vahid Milli Hərəkat partiyası Giuli Alasaniya ilə birlikdə digər namizədlərin rəsmi təqdimatının 15 sentyabrda keçirilməsi planlaşdırılır: “Xanım Giuli və digər majoritarların təqdimatı 15 sentiyabrda olacaq və onun Zuqdididə majoritar namizəd olacağı gözlənilir. Xanım Giuli Zuqdididə mütləq qalib gələcək, mən buna tamamilə əminəm”,-deyə deputat deyib.
Xatırladaq ki, oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək. Sentyabrın 1-dən parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasına rəsmən start verilib. Kampaniya 60 gün davam edəcək.
Parlament seçkiləri bu dəfə yeni sistem üzrə keçiriləcək. Deputat mandatı uğrunda 30 deputat majoritar, 120 deputat isə proporsional sistem üzrə mübarizə aparacaq.
Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası bəyan edib ki, hakimiyyət seçkilərin azad, ədalətli və sakit mühitdə keçirilməsi üçün əlindən gələni əsirgəməyəcək.
Parlament seçkilərinin nəticəsindən aslı olaraq ölkənin yeni hökuməti formalaşdırılacaq.
Yeri gəlmişkən, 2019-cu ilin mer seçkilərində Zuqdididən Mixeil Saakaşvilinin həyat yoldaşı Sandra Rulovs namizəd idi və o 42.83% (24096) səs toplamışdı.