Gürcüstanda açıq havada fəaliyyət göstərən gecə klublarının fəaliyyəti qadağan edilib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bunu ölkənin baş naziri Giorgi Qaxaria bildirib.
Onun sözlərinə görə, bu barədə qərar koronavirusun yayılmasının qarşısını almaq məqsədilə qəbul olunub: “Bu cür qadağa qapalı məkanlarda olan gecə klubları ilə bağlı qüvvədədir”.