Türkiyədə koronavirus (COVID-19) infeksiyasına yoluxma və ölüm halları artmaqdadır.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd edilib. Bildirlib ki, indiyədək ölkədə 279 min 876 nəfərdə xəstəlik aşkarlanıb. Onlardan 6 min 673-ü vəfat edib.
Sentyabrın 6-da Türkiyədə 96 min 842 nəfər koronavirus testindən keçirilib. Onlardan 1578-də xəstəlik aşkarlanıb.
Sutka ərzində 1013 nəfər sağalıb, 53 xəstə dünyasını dəyişib.