Son 24 saat ərzində İranda daha 1 992 nəfərin virusa yoluxduğu aşkar edilib, 139 nəfər həyatını itirib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirlib ki, bununla da ümumilikdə yoluxanların sayı 386 min 658 nəfərə, ölənlərin sayı isə 22 min 293-ə çatıb.
İndiyədək müalicə alan 333 min 900 nəfər sağalıb.
Hazırda 3 722 pasiyentin vəziyyətinin ağır olduğu bildirilir.