Ceyhun Bayramov Qazaxıstan səfiri Serjan Abdıkarimovu qəbul edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 4-də Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimovu qəbul edib.
YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib. Görüşdə nazir Ceyhun Bayramov ölkələrimiz arasında ümumi tarixi, mədəni, dini bağlara əsaslanan və yüksək səviyyədə inkişaf edən münasibətlərdən məmnunluqla bəhs edib. Müstəqilliyin ilk illərindən etibarən təməli Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Qazaxıstanın ilk prezidenti-Elbası Nursultan Nazarbayev tərəfindən qoyulan dostluq və əməkdaşlıq münasibətlərinin hazırda hər iki dövlətin başçısı tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.
Tərəflər Azərbaycan ilə Qazaxıstan arasında siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, elm, təhsil və digər sahələrdə inkişaf etməkdə olan münasibətlər, mövcud əlaqələrin daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.
İkitərəfli müstəvidə uğurla inkişaf etməkdə olan əməkdaşlıq münasibətləri ilə yanaşı, çoxtərəfli platformalarda, o cümlədən Türk Şurası, TRACECA və digər təşkilatlar çərçivəsində davam edən əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov bölgədə təhlükəsizliyə əsas təhdid olan Ermənistanın təcavüzkar siyasəti, o cümlədən Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhədində törədilən son hərbi təxribat, bölgədəki gərgin vəziyyət barədə həmsöhbətini məlumatlandırıb. Ceyhun Bayramov bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın təmin olunmasında yeganə yolun məhz BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların məlum qərar və sənədlərinin də tələb etdiyi kimi, işğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən və yeddi ətraf rayonundan çıxarılmasının olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Qazaxıstanın Xarici İşlər nazirinin Ceyhun Bayramovu təyinatı münasibətilə təbrik etdiyini və nazirə fəaliyyətində uğurlar arzuladığını qeyd edib.
İkitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlərin həyata keçirilməsi üzrə mövcud əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyindən əminlik ifadə olunub.
Ermənistan-Azərbaycan münaqişəsinə gəldikdə isə səfir Serjan Abdıkarimov Qazaxıstanın münaqişənin sülh yolu ilə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq və ATƏT-in Minsk qrupu çərçivəsində həllini dəstəklədiyini vurğulayıb.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Tovuz rayonunda yük maşını körpüdən çaya aşıb
İlham Əliyev Rusiyanın baş ravvinini qəbul edib
Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlanıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin 5-ci görüşü keçirilir
İstanbulda 1 May faciəsi qurbanlarının xatirəsi anılıb
“Naxçıvan Bank”ın səhmlərinin bir hissəsini “Kapital Bank” alıb
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Liderlərin Bakı görüşü keçirilir
Azərbaycanın neft və qazının satış qiymətləri üzrə proqnoz açıqlanıb
İlham Əliyev TDT ölkələrinin din rəhbərlərini qəbul edib
Sabah Bakıda güclü külək əsəcək, 23° isti olacaq
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun bir qrup müftilərini qəbul edib
Türkiyədə ölkədaxili reyslərdə aviabiletlər 30 % bahalaşıb
Bu il inflyasiya 3,5%, gələn il isə 4,2 % təşkil edəcək-AMB sədri
Suqovuşanda “Prezident Kuboku-2024” reqatasının açılış mərasimi keçirilib
Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub
Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub-İlham Əliyev
Bu gündən vətəndaşlara tibbi arayışlar elektron şəkildə veriləcək
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb
Bu gündən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
İlham Əliyev Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edir
Azərbaycan nefti 89,10 dollara satılır
Bu gündən birinci siniflərə şagird qəbulu başlanır
Bakıda havada tozun miqdarı normadan artıqdır
Xəzər dənizində dalğanın hündürlüyü 2 metrə çatır-Faktiki hava