Sentyabrın 1-dən Gürcüstanda parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasına rəsmən start verilib. Kampaniya 60 gün davam edəcək.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, parlament seçkiləri oktyabrın 31-də yeni sistem üzrə keçiriləcək. Deputat mandatı uğrunda 30 deputat majoritar, 120 deputat isə proporsional sistem üzrə mübarizə aparacaq.
Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası bəyan edib ki, hakimiyyət seçkilərin azad, ədalətli və sakit mühitdə keçirilməsi üçün əlindən gələni əsirgəməyəcək.
Hakim partiyanın rəhbərliyi digər siyasi partiyaları seçkiqabağı kampaniya dövründə yüksək məsuliyyət və dözüm nümayiş etdirməyə çağırıb.
Qeyd edək ki, bu günədək seçkilərdə iştirak etmək üçün parlamentdə təmsil olunmayan 59 partiya qeydiyyatdan keçib.