Dövlət Neft Fondunun xərcləri artırıldı
Prezident İlham Əliyev avqustun 31-də “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 906 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sənəd Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dəyişiklik edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədilə imzalanıb. Fərmanda deyilir:
1. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 906 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1949) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissədə “12 384 088,2” və “11 589 910,3” rəqəmləri müvafiq olaraq “7 832 893,4” və “12 439 910,3” rəqəmləri ilə əvəz edilsin;
1.2. 2-ci hissə üzrə:
1.2.1. 2.1-ci bənddə “10 563 404,5” rəqəmləri “6 646 940,7” rəqəmləri ilə əvəz edilsin;
1.2.2. 2.2-ci bənddə “4 692,0” rəqəmləri “6 752,4” rəqəmləri ilə əvəz edilsin;
1.2.3. 2.3-cü bənddə “19 380,0” rəqəmləri “21 080,0” rəqəmləri ilə əvəz edilsin;
1.2.4. 2.4-cü bənddə “1 031 271,7” rəqəmləri “390 342,9” rəqəmləri ilə əvəz edilsin;
1.2.5. 2.5-ci bənddə “765 340,0” rəqəmləri “767 777,4” rəqəmləri ilə əvəz edilsin;
1.2.6. gəlirlərin məbləğinin cəmi göstərilən sətirdə “12 384 088,2” rəqəmləri “7 832 893,4” rəqəmləri ilə əvəz edilsin;
1.3. 3-cü hissə üzrə:
1.3.1. 3.2-ci bənddə “11 350 000,0” rəqəmləri “12 200 000,0” rəqəmləri ilə əvəz edilsin;
1.3.2. xərclərin məbləğinin cəmi göstərilən sətirdə “11 589 910,3” rəqəmləri “12 439 910,3 ” rəqəmləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib