“26 il bu rejim altında olmuşuq, indi isə oyanmışıq və azad olmağa hazırıq”.
YeniAvropa xəbər verir ki, bu fikirləri Belarusda prezidentliyə namizəd olmuş Svetlana Tixanovskaya “Sky Tg24” telekanalına müsahibəsində səsləndirib.
“Biz Rusiyanın ölkəmizdə, həmçinin digər ölkələrdə müəyyən rol oynadığını bilirik, ancaq suverenliyimizə hörmət etməsini istəyirik. Hazırda Belarusda baş verənlər ölkənin daxili işi olaraq qalmalıdır. Əgər bir gün iqtidarla danışıqlar üçün bizim xarici vasitəçiyə ehtiyacımız olarsa, Rusiyanın köməyi də, sözsüz, arzuolunan olacaq”, -deyə xanım Tixanovskaya vurğulayıb.