Son 24 saat ərzində İranda virusa 2 min 115 nəfər yoluxub, 112 nəfər ölüb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında bildirib.
Qeyd olunub ki, İranda yoluxanların ümumi sayı 369 min 911 nəfərə, ölənlərin sayı isə 21 min 249-a çatıb. Müalicə alan 318 min 270 nəfər sağalıb, 3 min 811 nəfərin vəziyyəti isə ağır olaraq qalır.
Mətbuat katibi nəzərə çatdırıb ki, İranda 3 milyon 161 min 894 nəfər testdən keçirilib.