logo

Baş nazir ikinci dəfə istefa verdi

11:08 28-08-2020 | icon 2751
Baş nazir ikinci dəfə istefa verdi

Yaponiyanın baş naziri Sinzo Abe səhhətinin pisləşməsi ilə əlaqədar istefaya gedir. 

YeniAvropa xəbər verir ki, bu barədə yerli "NHK" teleşirkəti məlumat yayıb. Bildirilib ki, S.Abe uzun müddətdən bəri mədə xorasından müalicə alıb. 

Xəbərdə bildirilib ki, 65 yaşlı hökumət başçısı öz qərarını bu gün axşam saatlarında keçirilməsi planlaşdırılan mətbuat konfransında  elan edəcək.

Xatırladaq ki, Sinzo Abe 2000-ci ildən aktiv siyasətlə məşğuldur. Elə həmin il Yaponiyanın Liberal-Demokrat Partiyasının(YLDP) rəhbərliyində təmsil olunur. 2006-cı ildə keçirilən parlament seçkilərində YLDP-nin parlaq qələbəsindən sonra ilk dəfə hökumətə başçılıq etməyə başlayıb. 52 yaşlı Abe Yaponiyanın tarixində ən gənc hökumət başçısı olub.  Lakin yürüdülən islahatlar ölkədə hökumətin nüfuzunun getdikcə aşağı enməsi səbəb olub və Abe 1 il sonra istefa verib. Növbəti dəfə 5 il sonra-2012-ci ildə YLDP yenidən Sindzo Abeni Yaponiya hökumətinin rəhbərliyinə gətirib. Və Abe bu dəfə Yaponiya tarixində baş nazir postunda redord müddətdə-8 il qalıb.