Türkiyədə bu gün daha 26 nəfər koronavirusdan ölüb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Koca məlumat verib.
Nazir bildirib ki, Türkiyədə koronavirusdan indiyədək 6209 nəfər ölüb. Yoluxma sayı 263 998-dir. Bu gün daha 995 xəstə evə buraxılıb. Bununla da koronavirusdan sağalanların sayı 240 792 nəfərə çatıb.