logo

Azərbaycanda sentyabrın 15-dən uşaq bağçaları açılır

17:10 27-08-2020 | icon 3430
Azərbaycanda sentyabrın 15-dən uşaq bağçaları açılır

“Azərbaycandan həmişə tədris ili sentiyabrın 15-də başlayır və bu, hələ də qüvvədə olan normadır. 15 sentyabrda bütün  təhsil müəssisələrində tədris bərpa edilir, amma xüsusi şərtlər olmaqla...”

 YeniAvropa xəbər verir ki, bu fikri Təhsil Nazirliyinin bu gün təşkil etdiyi mətbuat konfransında nazir Emin Əmrullayev səsləndiribdeyib. O,qeyd edib ki, ilk növbədə uşaq bağçalarının açılmasıı qərara alınıb:

“Qayğının distant şəkildə tədrisi qeyri-mümkündür. Uşaq bağçaları ilə bağlı təklif edilən plan ondan ibarətdir ki, sentyabrın 15-dən başlayaraq mərhələlərlə uşaq  bağçalarının fəaliyyətinə start verilsin. İlk növbədə  virusun yayılma tezliyi daha az olan yerlərdə bunun tətbiq edilməsini və tədricən oktyabrın 1-dək epidemiloji vəziyyət nəzərə alınmaqla digər yerlərdə bağçaların açılmasını təklif edirik. Ümumilikdə biz  dövr olaraq 15 sentyabr-2 noyabr tarixləri arasında danışacağıq”.