Son 24 saat ərzində İranda daha 2 190 nəfərin virusa yoluxduğu aşkar edilib, 117 nəfər həyatını itirib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, İranın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bununla da ümumilikdə ölkədə yoluxanların sayı 367 min 796 nəfərə, ölənlərin sayı isə 21 min 137-yə çatıb.
İndiyədək müalicə alan 316 min 638 nəfər sağalıb.
Hazırda 3 822 pasiyentin vəziyyətinin ağır olduğu bildirilir.