Türkiyədə son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 20 nəfər ölüb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahreddin Koca özünün “Twitter” səhifəsində məlumat paylaşıb.
Nazir bildirib ki, bununla da Türkiyədə indiyədək koronavirusdan ölənlərin sayı 6183-ə yüksəlib.
Ölkədə ümumi yoluxma sayı 262 507-dir. Bu gün daha 1002 xəstə sağalaraq evə buraxılıb. Bununla da koronavirusdan sağalanların sayı 239 797 nəfərə çatıb.